Dubay hava limanı beynəlxalq daşımalarda yenə birinci olub

Dubay hava limanı beynəlxalq daşımalarda yenə birinci olub Bakı. 29 yanvar. REPORT.AZ/ Dubay hava limanı beynəlxalq sərnişindaşımada beşinci dəfədir dünyanın ən işlək hava limanı olub.
Turizm
29 Yanvar , 2019 17:05
Dubay hava limanı beynəlxalq daşımalarda yenə birinci olub
0 : 00
0 : 00

Bakı. 29 yanvar. REPORT.AZ/ Dubay hava limanı beynəlxalq sərnişindaşımada beşinci dəfədir dünyanın ən işlək hava limanı olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ötən il Dubay hava limanı beynəlxalq reyslərlə uçan 89,149 milyon sərnişini qəbul edərək yola salıb ki, bu da 2017-ci ilə nisbətən 1 faiz çox olmaqla rekord göstəricidir.

Ötən il ərzində orta aylıq sərnişin dövriyyəsi 7,4 milyon nəfər təşkil etməklə 8 milyonluq həddi iyul ayında (8,2 milyon) və avqustda (8,4 milyon) aşan hava limanının 58 illik tarixində, beləliklə, 2018-ci ilin avqust ayı ən işlək ay olub.

Dubay beynəlxalq hava limanından ən çox istifadə edən sərnişinlər Hindistandan (12,28 milyon nəfər) olub. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (6,471 milyon) və Böyük Britaniya (6,285 milyon) gəlir.

Son xəbərlər

Orphus sistemi