Dövlət Turizm Agentliyi Şəki şəhərindəki “Karvansaray” Mehmanxana Kompleksinin ləğv olunmasına münasibət bildirib.
Bu barədə “Report”a Agentliyin mətbuat katibi Kənan Quluzadə açıqlama verib.
“Şəkidəki karvansaray Dövlət Turizm Agentliyinin “Yuxarı Baş Dövlət Tarixi Memarlıq Qoruğu”nun balansındadır və fəaliyyətini davam etdirir. Sadəcə burada oteli idarə edən şirkət ləğv olunub. Bundan sonra karvansarayda idarəetmə ilə birbaşa Agentliyin Qoruqları İdarəetmə Mərkəzi məşğul olacaq”, - deyə o, qeyd edib.