Dövlət Turizim Agentliyi çimərliklərdə monitorinq aparır

Dövlət Turizim Agentliyi çimərliklərdə monitorinq aparır Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinq aparmağa başlayıb.
Turizm
13 İyun , 2019 12:40
Dövlət Turizim Agentliyi çimərliklərdə monitorinq aparır
Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə / Report / Firi Salim

Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinq aparmağa başlayıb.

“Report” xəbər verir ki, bunu qurumun Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, monitorinqin məqsədi bütün vətəndaşların çimərliklərdən istifadəsinə imkan yaratmaqdır: “Dünya təcrübəsində çimərliklər ictimaidir və bizdə də belə olmalıdır. Bütün insanlar çimərliklərdən istifadə etməlidirlər. Hansısa şirkət yalnız xidmət göstərirsə, bunun üçün xidmət haqqı ala bilər. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətləri müəyyən etmək istəyirik. Dövlət Turizm Agentliyi olaraq monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olmalıdır. Yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri hazır olacaq. Nəticələrdən asılı olaraq təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcəyik”. 

Son xəbərlər

Orphus sistemi