"CNN Travel" "Yanardağ" və "Atəşgah" haqqında məqalə dərc edib

"CNN Travel" "Yanardağ" və "Atəşgah" haqqında məqalə dərc edib Bakı. 1 noyabr. REPORT.AZ/ CNN Travel Azərbaycanda yerləşən Yanardağ Dövlət Tarixi-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də Atəşgah alov məbədi haqqında məqalə dərc edib.
Turizm
1 Noyabr , 2018 10:47
CNN Travel Yanardağ və Atəşgah haqqında məqalə dərc edib
0 : 00
0 : 00

Bakı. 1 noyabr. REPORT.AZ/ "CNN Travel" Azərbaycanda yerləşən "Yanardağ" Dövlət Tarixi-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də "Atəşgah" alov məbədi haqqında məqalə dərc edib.

“Report” xəbər verir ki, məqalədə Azərbaycanın “Odlar Yurdu” adlandırılmasının səbəbi qeyd olunub: “4 min ildir ki, fəaliyyətdə olan bu atəşi külək, yağış və qar da bu alovu söndürə bilməyib. Venesiya kəşfiyyatçısı Marko Polo 13-cü əsrdə bu ölkədən keçərkən sirli məqamlardan yazıb. İpək Yolu ilə hərəkət edən tacirlər də Azərbaycan barədə bu məlumatı yayıblar. Buna görə də ölkə “Odlar Yurdu” kimi tanınıb”.

Məqalədə "Atəşgah"ın İranda yaranan və Azərbaycana gəlib çıxan Zərdüştilik dininin inkişafında mühüm rol oynadığı qeyd olunub: "Azərbaycanlıların oda sitayişi barədə daha ətraflı məlumat almaq üçün Bakıda yerləşən "Atəşgah" alov məbədinə getmək lazımdır. 17-18-ci əsrlərdə Hindistanlıların tikditi eşbucaqlı kompleksə daxil olduqda bələdçimiz qeyd etdi ki, "qədim dövrlərdən bəri, onlar tanrılarının burada olduğunu düşünürlər". Bu ərazidə oda sitayiş mərasimləri 10-cu əsrə və daha əvvələ aiddir. "Atəşgah" sözü fars dillindən gəlir və "atəşin evi" mənasını verir. Kompleksin mərkəzi hissəsində təbii qaz üzərində mərkəzi alov məbədi qurulub”.

Son xəbərlər

Orphus sistemi