Çinin Vuhan şəhərində kütləvi turizmə qadağa qoyulub

Çinin Vuhan şəhərində kütləvi turizmə qadağa qoyulub Çinin orta bölgəsindəki Hubei əyalətinin paytaxtı Vuhan şəhərində yeni tipli pnevmoniya xəstəliyinin sürətlə yayılması ilə əlaqədar sərnişin nəqliyyatına nəzarət gücləndirilərək sakinlərin kütləvi halda başqa yerlərə getməsinə, həmçinin ev heyvanları və quşlar aparmasına qadağa qoyulub.
Turizm
21 Yanvar , 2020 13:24
Çinin Vuhan şəhərində kütləvi turizmə qadağa qoyulub

Çinin orta bölgəsindəki Hubei əyalətinin paytaxtı Vuhan şəhərində yeni tipli pnevmoniya xəstəliyinin sürətlə yayılması ilə əlaqədar sərnişin nəqliyyatına nəzarət gücləndirilərək sakinlərin kütləvi halda başqa yerlərə getməsinə, həmçinin ev heyvanları və quşlar aparmasına qadağa qoyulub.

“Report” TASS-a istinadən xəbər verir ki, yerli səhiyyə komitəsinin tətbiq etdiyi yeni qaydalara əsasən, polis avtomobil nəqliyyatını ciddi yoxlamağa başlayıb.

Sözügedən xəstəliyin virusunun yayılmağa başladığı Vuhan şəhərində hələ ötən həftədən dəmir yolu stansiyalarında, avtovağzallarda istilik detektorları quraşdırılıb, xəstəxanalarda yoluxanlar üçün ayrıca 800 çarpayı ayrılıb. Bazar günündən xaricə getməyə hazırlaşanların ciddi müayinəsinə başlanılıb.

Qeyd edək ki, hazırda Çində yeni virusla yoluxanların sayı 224 nəfərdir.

Son xəbərlər

Orphus sistemi