​Çində beynəlxalq yarmarka və sərgi keçiriləcək

Turizm
  • 12 aprel, 2016
  • 15:21
​Çində beynəlxalq yarmarka və sərgi keçiriləcək

Bakı. 12 aprel. REPORT.AZ/ Çinin Harbin şəhərində “27-ci Harbin Beynəlxalq Ticarət-İqtisadi Yarmarkası” və “4-cü yeni materiallar Çin Beynəlxalq Expo” sərgisi keçiriləcək.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, yarmarka və sərgi iyunun 15-dən 19-dək davam edəcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr yarmarka və sərgidə iştiraka dəvətlidirlər.

Tədbirlər haqqında əlavə məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.