“Buta Airways” aviaşirkətinin donanmasına daha bir “Embraer E-190” təyyarəsi əlavə olunub

“Buta Airways” aviaşirkətinin donanmasına daha bir “Embraer E-190” təyyarəsi əlavə olunub Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə edib.
Turizm
4 Dekabr , 2018 14:50
“Buta Airways” aviaşirkətinin donanmasına daha bir “Embraer E-190” təyyarəsi əlavə olunub

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə edib.

Şirkətdən “Report”a verilən məlumata görə, sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

Yeni təyyarə aşağı büdcəli aviadaşıyıcının donanmasında sayca 8-dir və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reysləri əlavə etməyə imkan verəcək.

"Donanmanın yeni təyyarələrlə artırılması “Buta Airways”-in marşrut şəbəkəsini daha da genişləndirməyə imkan verəcək. Biz sevinirik ki, milli loukost aviaşirkət Azərbaycan vətəndaşları və ölkəmizə gələn turistlər arasında böyük tələbata malikdir. “Buta Airways”-in reyslərinin və istiqamətlərinin sayının artırılması ölkəmizdə turizmin inkişafına daha çox kömək olacaq", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

“Buta Airways”-in yeni təyyarəsi Ağdam şəhərinin adını daşıyır.

Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb. Yeni “Embraer E-190” təyyarəsinin qarşılanması haqqında videoçarx ilə aşağıdakı linkdə tanış olmaq olar: https://www.youtube.com/watch?v=jqVTmK4NeJo&feature=youtu.be

Qeyd edək ki, aviaşirkət artıq yay uçuş cədvəli üzrə bir çox istiqamətlərə - Sofiya, Alanya, Sankt-Peterburq və digər şəhərlərə aviabiletlərin satışına başlamış, həmçinin İzmirə aviareyslərin sayını həftədə üç dəfəyədək artırıb.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi