Bu il Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb

Turizm
  • 01 dekabr, 2018
  • 13:56
Bu il Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu ilin on ayı ərzində Türkiyəyə 62 681 azərbaycanlı turist səfər edib.

"Report" “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. 

Məlumata görə, 2018-ci ilin on ayında Türkiyəyə gələn turistlərin sayına görə, Rusiya vətəndaşları birinci yeri tutub (604 min 73 nəfər). Gürcüstandan Türkiyəyə 153 201, Ermənistandan isə 4 437 nəfər turist səfər edib.

Türkiyə bu il ən az turisti İslandiyadan qəbul edib (331 nəfər).