Bu il Azərbaycana gələn Rusiya turistlərinin sayı 51% artıb

Turizm
  • 29 avqust, 2018
  • 07:56
Bu il Azərbaycana gələn Rusiya turistlərinin sayı 51% artıb

Bakı. 29 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı 53 min nəfər olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu isə ötən ili müvafiq dövründən 51% çoxdur.

Bu ilin payız ayları üçün Rusiya vətəndaşlarının tur operatorlar vasitəsilə aldıqları aviabiletlərin ümumi satışında Azərbaycanın payı 4% təşkil edir.