Bakı. 9 sentyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıda keçiriləcək turizm imkanları sərgisində iştirak edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib.
BƏƏ-nin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, marketinq və xaricdə inkişaf departamentinin direktoru Abdullah Saleh Hammadi, BƏƏ hökuməti Kommunikasiya departamentinin direktoru Xalid İbrahim bin Nassar, eləcə də Dubay, Əbu-Dabi, Şarja, Ras-əl-Hayma və Fuceyra əmirlikləri turizm departamentləri sərgidə iştirak etmək üçün Azərbaycana gələcək.
Bundan əlavə, sərgidə BƏƏ-dən olan 17 turizm şirkəti və mehmanxana təmsil olunacaq.
Xatırladaq ki, BƏƏ-nin turizm imkanları sərgisi MDB regionunda ölkənin turizm imkanlarını təbliğ etmək kampaniyası çərçivəsində sentyabrın 11-də Bakıda baş tutacaq. Azərbaycanda keçiriləcək bu sərgiyə qədər belə tədbirlər Astana və Daşkənd şəhərində təşkil olunub.