"Baku Guide Service"in tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaq

"Baku Guide Service"in tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaq Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşkilatçılığı ilə Baku Guide Servicein tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaq.
Turizm
20 Aprel , 2018 13:26
Baku Guide Servicein tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşkilatçılığı ilə "Baku Guide Service"in tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaq. 

Assosasiyadan "Report"a verilən xəbərə görə, kursların məqsədi yeni və peşəkar resepsionistlərin hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması və bununla da turistlərə daha da yüksək səviyyədə xidmət göstərilməsinin təmin olunmasıdır. 

Tədris materialları Azərbaycan və Rus dillərində təmin olunacaq və 2 ay müddətində davam edəcək. Ödəniş haqqının 350 manat olması nəzərdə tutulub. Təlimdə iştirak etmək üçün müraciətlər mayın 1-nə qədər qəbul olunur. 

Kursda iştirak etmək istəyən hər bir şəxs AzTA-nın ofisinə müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi