Bakıda “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı proqramın açılışı olub

Bakıda “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı proqramın açılışı olub Bu gün Bakıda Dövlət Turizm Agentliyinin, UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) və qurumun Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəl
Turizm
8 May , 2023 10:49
Bakıda “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı proqramın açılışı olub

Bu gün Bakıda Dövlət Turizm Agentliyinin, UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) və qurumun Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq təlim proqramının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova yer üzündə ən əhəmiyyətli mədəni məkanlar olan dünya irs ərazilərinin mühafizəsi və idarə olunmasının xüsusi bacarıqlar tələb etdiyini bildirib: “Bu sahədə bacarıq və biliklərin gücləndirilməsi dünya mədəni irsinin qorunması baxımından böyük önəm kəsb edir. Odur ki, bu təlim proqramı ümumdünya irs obyektlərinin mühafizəsi sahəsində bacarıqları artırmaq, bir-birimizdən öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün unikal imkan yaradır. Agentlik olaraq bu təşəbbüsün bir hissəsi olmaq, regionda ümumdünya irs üzrə peşəkarların potensialının gücləndirilməsinə töhfə verməkdən çox şadıq”.

"İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi"nin İdarə Heyətinin sədri Şahin Seyidzadə Azərbaycanda bu səviyyəli tədbirin təşkilinin dünya irs ərazilərinin mühafizəsi, mədəni irs obyektlərinin bərpası və konservasiyası sahəsində ekspertlərin praktiki biliklərinin artırılması baxımından böyük önəm daşıdığını bildirib.

Sonra ICOMOS Prezidenti Teresa Patricionun görüş iştirakçılarına video müraciəti təqdim olunub. Dünyada tarixi-mədəni abidələrin müxtəlif səbəblərdən zərər gördüyünü və dağıldığını qeyd edən ICOMOS prezidenti onların effektiv mühafizəsinin təşkili və konservasiyasının aparılması üçün peşəkarlara ehtiyac olduğunu bildirib. O, Bakıda təşkil olunan tədbirin məhz bu sahədə bacarıqların artırılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib, təlimin işinə uğurlar diləyib.

Tədbirdə ICOMOS Dünya İrs Mərkəzinin Direktoru Gwenaelle Bourdin təlim proqramının əsas istiqamətləri və məqsədlərinə dair təqdimat keçirib. O, qeyd edib ki, ilk dəfə ICOMOS-un dəvəti ilə müxtəlif regionları əhatə edən 17 ölkədən ekspertlər, mədəni irs mütəxəssisləri Bakıya gəlib. Tədbir iştirakçıları arasında İsrail, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən mütəxəssislər var. Təlim çərçivəsində Fransa, Polşa, Gürcüstandan dəvət edilmiş təcrübəli təlimçilər Ümumdünya İrs Konvensiyasının qayda və prosedurları, o cümlədən UNESCO-nun Ümumdünya İrs Ərazilərinin seçim meyarları, bu ərazilərin idarə olunmasına mənfi təsir və risklər barədə müzakirə və təcrübə mübadiləsi aparıb.

Beş gün davam edəcək tədbir çərçivəsində iştirakçılar öz ölkələrindəki Ümumdünya İrs ərazilərinə dair təqdimatla çıxış edəcəklər. Tədbirin praktiki hissəsinin Ümumdünya İrs Ərazisi olan İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksində keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi