Bakıda turizmin problemlərinə dair beynəlxalq konfrans keçiriləcək

Bakıda turizmin problemlərinə dair beynəlxalq konfrans keçiriləcək Konfrans Azərbaycan Turizm və Menecment Universitetində keçiriləcək
Turizm
15 Dekabr , 2015 15:21
Bakıda turizmin problemlərinə dair beynəlxalq konfrans keçiriləcək

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 10 illiyinə həsr edilən “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı II Beynəlxalq konfrans keçiriləcək.

ATMU-dan “Report”a bildirilib ki, konfransda 4 ölkədən olan tədqiqatçıların turzimin müxtəlif sahələrinə dair 44 məruzəsi dinləniləcək, fikir mübadiləsi aparılacaq, XX əsrin fenomeni hesab edilən dünya turizminin XXI əsrdə də dayanıqlı inkişafı və s. haqqında məlumatlar veriləcək.

Beynəlxalq konfrans dekabrın 19-da ATMU-nun II korpusunda olacaq.

Son xəbərlər

Orphus sistemi