Rusiyanın "TurStat" turizm portalı payızda istirahət və səyahət üçün ən yaxşı MDB şəhərlərinin reytinqini tərtib edib.
"Report" portala istinadən xəbər verir ki, siyahıda Azərbaycan paytaxt Bakı şəhəri beşinci yeri tutub.
Qeyd olunub ki, rusiyalı turistlər Bakıya alış-veriş etmək üçün gedirlər, həmçinin oktyabrın sonlarında Göyçayda keçirilən nar festivalında iştirak edirlər.
MDB ölkələrinin şəhərlərinə 2019-cu ilin payızında səyahətlərin reytinqində "top-10"a aşağıdakı şəhərlər də daxil edilib: Minsk (Belarus), Nur-Sultan (Qazaxıstan), Almatı (Qazaxıstan), Daşkənd (Özbəkistan), Kişineu (Moldova), Bişkek (Qırğız Respublikası), Düşənbə (Tacikistan), Aşqabad (Türkmənistan).
"TurStat"ın məlumatına görə, turistlər MDB ölkələrinə və şəhərlərinə payız səfərləri zamanı yaşayış və qida üçün gündə 40-100 dollar pul xərcləyirlər.
MDB məkanında ən ucuz payız turları Qırğızıstan və Özbəkistana olanlardır, Minsk isə həftəsonu istirahəti üçün populyardır.