Azərbaycanlı turistlərə "Ermənistana enirik" xəbərdarlığı olundu

Azərbaycanlı turistlərə "Ermənistana enirik" xəbərdarlığı olundu Yanvarın 22-dən Misirin Şarm Əl Şeyx şəhərinə aviabiletlərin satış hüququ Gürcüstanın “İnterco Travel” şirkətindən Ermənistanın “Anriva Tour” şirkətinə keçib.
Turizm
7 Fevral , 2020 16:17
Azərbaycanlı turistlərə Ermənistana enirik xəbərdarlığı olundu

Yanvarın 22-dən Misirin Şarm Əl Şeyx şəhərinə aviabiletlərin satış hüququ Gürcüstanın “İnterco Travel” şirkətindən Ermənistanın “Anriva Tour” şirkətinə keçib. 

Bu barədə “Report”a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, bununla da Misir aviaşirkətinin Gürcüstandakı kommersiya nümayəndəliyi dəyişib və “Air Cairo” hava yollarının Gürcüstan üzrə nümayəndəliyi Ermənistan şirkəti təyin olunub.

Artıq “Anriva Tour” bununla bağlı turizm şirkətlərinə müraciət ünvanlayıb. Müraciətdə “Anriva Tour” şirkəti narahatlığa əsas olmadığını və uçuşların əvvəlki qaydada həyata keçiriləcəyini bildirib və “İnterco Travel” ilə iş birliyində olan turizm şirkətlərini əməkdaşlığa çağırıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanarkən daxil edilən şəxsi məlumatların şirkətin İrəvan şəhərində yerləşən baş ofisində toplandığını, təxribat yönümlü halların baş vermə riskinin yüksək olduğunu, eyni zamanda zərurət yarandığı təqdirdə Ermənistan hava limanlarına belə eniş etmə niyyətlərinin açıqlamasını nəzərə alıb yaranmış vəziyyətlə bağlı vətəndaşlara və turizm şirkətlərinə müraciət edərək “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanmağı və əməkdaşlıq etməyi məqsədə uyğun saymır. O üzdən Misirə uçmaq üçün digər alternativ yollarından istifadə etməyi məsləhət görür.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin Azərbaycanın turizm bazarına da çıxış əldə etmək üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyi riskini nəzərə alaraq turizm şirkətlərini diqqətli olmağa çağırır", - deyə qurum bəyan edib. 

Son xəbərlər

Orphus sistemi