Azərbaycanla Polşa arasında aviauçuşların intensivliyinin artırılması müzakirə olunub

Azərbaycanla Polşa arasında aviauçuşların intensivliyinin artırılması müzakirə olunub Azərbaycan və Polşa istiqamətinə aviauçuşların intensivliyinin artırılması müzakirə olunub.
Turizm
19 Aprel , 2024 16:38
Azərbaycanla Polşa arasında aviauçuşların intensivliyinin artırılması müzakirə olunub

Azərbaycan və Polşa istiqamətinə aviauçuşların intensivliyinin artırılması müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Polşanın LOT hava yolları şirkətinin nümayəndəsi Vojciech Adamczak ilə keçirilən işgüzar görüşdə bildirilib.

Görüşdə LOT hava yollarının nümayəndəsinə Assosiasiyanın fəaliyyəti və ölkənin turizm sektorunun inkişafında rolu, üzv şirkətlərin fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı turist cəlbediciliyinin artırılması istiqamətində qarşılıqlı iş birliyinin davam etdirilməsi, tanıtım və təbliğat tədbirlərinin təşkili, üzv şirkətlərlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qiymət siyasətinin tənzimlənməsi, eləcə də B2B ((Biznesdən biznesə) formatlı görüşlərin keçirilməsi, birgə layihələrin icrası və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, hazırda LOT aviaşirkəti həftədə 5 dəfə olmaqla Bakı-Varşava-Bakı istiqamətinə uçuşlar həyata keçirir.

Son xəbərlər

Orphus sistemi