Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir
Turizm
10 May , 2024 15:19
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən “Seoul International Travel Fair (SITF) - The Korea World Travel Fair (KOTFA)” beynəlxalq sərgisində Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları tanıdılır.

"Report" xəbər verir ki, bu barədə DTA məlumat yayıb.

Bildirilib ki, mayın 12-dək davam edəcək sərgidə müxtəlif turizm məhsulları, o cümlədən ölkəmizin təbiət turizmi potensialı və mədəni irs nümunələri haqqında xarici turizm şirkətləri və sərgi ziyarətçilərinə məlumat verilir, milli şirniyyatların dequstasiyası keçirilir.

Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da milli stendi ziyarət edərək sərginin işi ilə tanış olub.

Həmçinin, sərgi çərçivəsində yerli turizm şirkətləri ilə Koreya turizm şirkətləri arasında B2B görüşlər keçirilir, mümkün əməkdaşlıq imkanları müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi