Azərbaycanın mədəniyyət və turizm naziri Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədr müavini ilə görüşüb

Azərbaycanın mədəniyyət və turizm naziri Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədr müavini ilə görüşüb Bakı. 10 aprel. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Turizm
10 Aprel , 2018 16:03
Azərbaycanın mədəniyyət və turizm naziri Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədr müavini ilə görüşüb

Bakı. 10 aprel. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, nazir qonaqları salamlayaraq Özbəkistan-Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin inkişaf etdirilməsi, turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Sarvar Otomuradov Özbəkistanın turizm bazarı üçün Azərbaycanın prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə qarşılıqlı turist mübadiləsinin xüsusi əhəmiyyətini qeyd edib.

Əbülfəs Qarayev ölkəmizin müxtəlif turizm imkanlarının, o cümlədən sağlamlıq turizmi, qış turizmi və s. turizm sahələrinin özbək turistlərini Qalaaltı, Naftalan, Duzdağ, Şahdağ və s. istiqamətlərinə cəlb edə biləcəyini bildirib. Qeyd edib ki, bu məqsədlə hər iki ölkəyə info-turların təşkili turistlərin cəlb olunması, turizm potensialının təbliği istiqamətində effektiv ola bilər.

Həmçinin nazir Özbəkistanın Daşkənd şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyət göstərdiyini və burada ölkəmizin mədəniyyəti ilə bağlı bir sıra tədbir və sərgilərin həyata keçirildiyini qeyd etdi.

Turizmin inkişafı ilə bağlı görülən tədbirlərdən söz açan nazir ölkəmizdə Azərbaycan Turizm Assosiasiyasının, Konqreslər Burosunun, yeni yaradılmış Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının, Milli Turizm Təbliğat Burosunun fəaliyyət istiqamətləri barədə, turizmdə kadr hazırlığı və Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti haqqında məlumat verib.

Görüşdə Özbəkistan-Azərbaycan arasında birbaşa uçuşların mövcudluğunu nəzərə alaraq, birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı təkliflər səsləndirilib. Qonaq Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi ilə hüquqi baza əsasında əməkdaşlığın daha da inkişaf etidirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Əbülfəs Qarayev mədəniyyət və turizm sahəsindəki münasibətlərə Nazirlik tərəfindən hər zaman dəstək veriləcəyini söyləyib.

Görüşdə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev iştirak edib.

Son xəbərlər

Orphus sistemi