Azərbaycanın beynəlxalq hava limanlarında 376 mindən çox turistə viza verilib.
Bu barədə “Report”a Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, artıq bir ildir Azərbaycanın beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına yerində vizaların verilməsi təmin edilir.
Həmçinin “ASAN Viza” vasitəsilə diplomatik səfərlər, Formula 1, Avropa Liqası və s. bu kimi beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlərin viza əldə etməsinə dəstək verilir.
Hava limanlarında vizaların yerində verilməsi prosesi hər bir əcnəbi vətəndaşın orta hesabla 2 dəqiqə zamanını alır. 7 dildə fəaliyyət göstərən özünəxidmət terminalları və “ASAN Viza” əməkdaşları əcnəbilərin rahat şəkildə viza almasını təmin edirlər. Özünəxidmət terminallarından başqa xüsusi pəncərələrdə viza verilməsi və bank xidmətləri də həyata keçirilir, bu isə öz növbəsində ölkəyə gələn əcnəbilərə vizaların verilməsinə dəstək göstərir.
Ümumilikdə, “ASAN Viza” sistemi vasitəsilə
Bu il Azərbaycana elektron viza üçün müraciət edən turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 72% artıb.
Hazırda Avropa Liqasının Finalı ilə bağlı işlər davam edir. “ASAN Viza” əməkdaşlarının Finala sayılı günlər qalmış gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri planlaşdırılır. Həmçinin
Azərbaycan ərazisində yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli fərmanına əsasən 15 may 2018-ci il tarixindən “ASAN Viza” tərəfindən həyata keçirilir.