Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8%-dən çox artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8%-dən çox artıb Dekabr ayında Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 122 591 nəfər təşkil edib.
Turizm
10 Yanvar , 2020 15:30
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8%-dən çox artıb

Dekabr ayında Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 122 591 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. 

İllik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı ziyarətçilərin sayı 9 888 nəfər və ya 8,8% artıb.

Ötən ay Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 134 214 nəfərlə Ermənistan, üçüncü yerdə isə 80 701 nəfərlə Türkiyə vətəndaşları qərarlaşıb.

Hesabat ayında qonşu ölkə, ümumilikdə, 667 612 əcnəbi ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 16,4% çoxdur. 

Son xəbərlər

Orphus sistemi