Azərbaycanda yerləşmə xidmətindən istifadə edən şəxslərin qeydiyyatı elektron qaydada aparılacaq

Azərbaycanda yerləşmə xidmətindən istifadə edən şəxslərin qeydiyyatı elektron qaydada aparılacaq Nazirlər Kabineti yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydasını təsdiq edib.
Turizm
18 Mart , 2023 12:29
Azərbaycanda yerləşmə xidmətindən istifadə edən şəxslərin qeydiyyatı elektron qaydada aparılacaq

Nazirlər Kabineti yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydasını təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda “Turizm haqqında” Qanunun 9.2-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Qaydanın məqsədi yerləşmə vasitələri tərəfindən yerləşmə xidmətindən istifadə edən şəxslərin qeydiyyatının elektron qaydada aparılması və bununla əlaqədar yerləşmə vasitələrinin fəaliyyətinin tənzimlənməsidir.

Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

- yerləşmə xidməti - yerləşmə vasitəsində qonağın ödənişli əsaslarla yataq yeri və müvəqqəti yaşayış üçün zəruri ehtiyaclarının qarşılanması məqsədilə digər vasitələrlə təmin edilməsi xidməti;

- qonaq - yerləşmə vasitəsində yerləşmə xidmətindən istifadə edən fiziki şəxs;

- qonaq qeydiyyatı forması - yerləşmə xidmətindən istifadə edən şəxs haqqında məlumatların daxil edildiyi elektron sənəd forması;

- Qonaq Qeydiyyatı Proqramı - qonaq qeydiyyatı formasının tərtibi və adsızlaşdırılmış məlumatların Turizm Reyestrinə göndərilməsi üçün istifadə edilən tətbiqi proqram;

- gəlmə vaxtı (check-in) - yerləşmə xidmətindən istifadə etməzdən əvvəl şəxsin yerləşmə vasitəsində qeydiyyata alındığı vaxt;

- getmə vaxtı (check-out) - yerləşmə xidmətindən istifadə edən şəxsin yerləşmə vasitəsində qeydiyyatdan çıxarıldığı vaxt;

- məsul şəxs - qonaqların elektron qeydiyyatının aparılması üçün yerləşmə vasitəsi tərəfindən təyin edilən yerləşmə vasitəsində əmək və ya xidmət müqaviləsi əsasında işləyən fiziki şəxs.

Qonaq Qeydiyyatı Proqramı Dövlət Turizm Agentliyi tərəfindən Turizm Reyestri əsasında formalaşdırılır və əvəzsiz (ödənişsiz) olaraq yerləşmə vasitələrinin istifadəsinə verilir.

Yerləşmə vasitəsi qonaqların elektron qeydiyyatının aparılması zamanı Proqram vasitəsilə toplanan məlumatların öz mülkiyyətində olan elektron məlumat daşıyıcılarında saxlanılmasını və mühafizəsini təmin edir.

Son xəbərlər

Orphus sistemi