Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri cüzi artıb

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri cüzi artıb Bu ilin yanvar-mart aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 551,9 milyon manatlıq əməliyyat aparıb.
Turizm
28 Aprel , 2023 14:54
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri cüzi artıb

Bu ilin yanvar-mart aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 551,9 milyon manatlıq əməliyyat aparıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.

Təkcə bu ilin mart ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 218,1 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 37,6 % çoxdur.

Son xəbərlər

Orphus sistemi