Azərbaycanda turizm şirkətlərinin vahid reyestri yaradıla bilər

Azərbaycanda turizm şirkətlərinin vahid reyestri yaradıla bilər Turizm fəaliyyəti ilə bağlı lisenziyanın ləğvindən sonra müştərilərə göstərilən xidmətin keyfiyyəti aşağı düşüb
Turizm
10 Aprel , 2018 12:41
Azərbaycanda turizm şirkətlərinin vahid reyestri yaradıla bilər
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev / Report/ Elchin Murad

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanda turizm fəaliyyəti ilə bağlı lisenziyanın ləğvindən sonra bazara daxil olan yeni şirkətlər müştərilərə göstərilən xidmətin keyfiyyəti ilə bağlı problem yaradıb. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

"Bələdçilik və otellərdə yerləşdirmə ilə bağlı xarici vətəndaşlara göstərilən xidmətlərdə mənfi hallar mövcuddur", - o qeyd edib. 

R.Quliyev bildirib ki, vəziyyətdən çıxış yolu kimi Azərbaycanda turizm şirkətlərinin vahid reyestrinin yaradılması gözlənilir: "Reyestr deyəndə elə başa düşülür ki, hansısa bürokratik əngəllər olacaq. Əslində, belə bir şey yoxdur. Azərbaycan Turizm Şurasında 17 qurum təmsil olunur. Burada ciddi şəkildə turizmlə bağlı problemlərin aradan qaldırılması ilə məşğul olurlar. Məqsəd ondan ibarətdir ki, koordinasiya və monitorinqin aparılması imkanı daha da asanlaşsın. Bu gələcəkdə statistik məlumatların toplanmasına və işin daha səmərəli qurulmasına xidmət edəcək".

Son xəbərlər

Orphus sistemi