Azərbaycanda milli parkları ziyarət edənlərin sayı 35 %-dən çox artıb

Azərbaycanda milli parkları ziyarət edənlərin sayı 35 %-dən çox artıb Bu ilin yanvar-mart aylarında Azərbaycanın Milli Parklarına 16 925 nəfər ziyarət edib.
Turizm
23 Aprel , 2024 13:08
Azərbaycanda milli parkları ziyarət edənlərin sayı 35 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın milli parklarını 16 925 nəfər ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin hesabatında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 % çoxdur.

Məlumata görə, 3 ay ərzində yerli turistlər arasında milli parklara 16 588 (37,6 % çox) gedib.

Hesabat dövründə xarici turistlər arasında isə 337 (34,4 % az) nəfər milli parklara ziyarət edib. Ölkədə ən çox Göygöl Milli Parkına (GMP) ziyarət olunub. Yanvar-mart aylarında 11 155 (38,6 % artıb) nəfər GMP-da olublar. Bu parka yerli turistlər arasında aprelin 1-ə kimi 11 062 (39 % çox) nəfər gedib.

Xarici turistlər isə ən çox Abşeron Milli Parkına (AMP) ziyarət ediblər. Bu ilin 3 ayında 140 (20,6 % çox) xarici turist hesabat dövründə AMP-da olublar.

Hesabat dövründə ən az ziyarət Hirkan Milli Parkına ziyarət olunub. Bu parka 3 ay ərzində 198 nəfər gedib. Bunun 194-ü (18,2 % çox) yerli 4-ü (2 dəfə çox) isə xarici turist olub.

Son xəbərlər

Orphus sistemi