Azərbaycanda daha 9 turizm şirkətinə lisenziya verilib

Turizm
  • 06 avqust, 2015
  • 13:08
Azərbaycanda daha 9 turizm şirkətinə lisenziya verilib

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycanda bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. “Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, bu, "Ze Tur", "Luna Travel", “Bir An Tur", "Kaspi Tur", "Azera Turizm", "Time To Travel", "Mondo Travel", “A La Carte Travel" və "Filosofi" MMC-dir. Sadalanan şirkətlərin hamısı Bakı şəhərində yerləşir.

Qeyd olunub ki, ölkə ərazisində lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin ümumi sayı 295-ə çatıb.