Bakı. 19 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5% artaraq 4 464,5 min nəfər olub.
"Report"un
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 69,3%, Gürcüstana gedənlərin sayı 3,3%, Türkiyəyə gedənlərin sayı 0,4% artıb, Rusiya Federasiyasına gedənlərin sayı 0,3% azalıb.
Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,2%-i dəmir yolu və avtomobil, 18%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.