Azərbaycan və Esvatini turizm sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Esvatini turizm sahəsində əməkdaşlıq edəcək Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Esvatininin Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.
Turizm
31 Oktyabr , 2019 16:24
Azərbaycan və Esvatini turizm sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Esvatininin Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. 

"Report" AZTA-ya istinadən xəbər verir ki, sənədə oktyabrın 25-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü çərçivəsində imza atılıb. 

Memorandumu hər iki təşkilatın rəhbərləri - Nahid Bağırov və xanım Lindia Nxumalo imzalayıblar. Anlaşma Memorandumunun əsas məqsədi iki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı turizm axınının təmin olunması, eləcə də Afrikanın azərbaycanlı turistlər tərəfindən kəşf edilməsidir. Memorandum həmçinin AZTA-nın turizm təbliğatı təcrübəsinin Esvatininin Turizm Təşkilatının mütəxəssisləri ilə bölüşməsini nəzərdə tutur.

İmzalanma mərasimində həmçinin Esvatininin Ictimai xidmət naziri Kristian Ntshanqase, Ticarət naziri, senator Manqoba Khumalo, İnvestisiyaların Təşviqi Təşkilatının nümayəndələri Sibahi Mnqomezulu, Martin Masilela və digərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi