Bu gün Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” tədbiri işə başlayıb.
“Report” xəbər verir ki, sammit turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.
Tədbirin açılış mərasimində çıxış edən DTA-nın sədri
Ötən il Azərbaycanın turizm sənayesi üçün çox yaddaqalan olub. Ölkəyə gələn xarici qonaqların sayında artım müşahidə edilib. Müasir tələblərə cavab verən marketinq işləri həyata keçirilib. Bu gün hotel sənayesinin üzvləri turizm sənayesinin inkişafında mühüm rol oynayırlar. Hesab edirəm ki, gələn il də bizi ciddi islahatlar gözləyir. Uğurlar çox olsa da, görüləcək işlər də çoxdur. Sağlam rəqabət mühitinin formalaşdırılmasının tərəfdarıyıq. Optimal qiymətlərin formalaşması mühüm əhəmiyyət kəsb edir”.