Azərbaycan-Rusiya sərhədində "duty free" ticarət mərkəzləri tikilə bilər

Azərbaycan-Rusiya sərhədində "duty free" ticarət mərkəzləri tikilə bilər Bu barədə "Azərbaycanda" ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub
Turizm
17 Dekabr , 2016 15:16
Azərbaycan-Rusiya sərhədində duty free ticarət mərkəzləri tikilə bilər

Bakı. 17 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi turist xidmət paketlərinin yenilənməsini nəzərdə tutan prioritetin icrası istiqamətində bir sıra hədəflənmiş infrastruktur layihələrini həyata keçirə bilər. Rusiya ilə Azərbaycan sərhədində “duty free” ticarət mərkəzlərinin tikilməsi bu sahədə həyata keçirilməsi planlaşdırılan ilk layihə olaraq dəyərləndiriləcək.

"Report" bu barədə "Azərbaycanda" ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə istinadən xəbər verir.

Milli Turizm Təbliğat Bürosu Bakıda turizm məkanlarının sayını artırmaq məqsədilə bir neçə iri layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayacaq və potensial mənfəətlərin qiymətləndirilməsini həyata keçirəcək. Bakıda iri turizm məkanlarının yaradılması, o cümlədən Bakı və Azərbaycan üzrə miniatür abidələr parkı kimi unikal təkliflərin işlənib hazırlanması təmin ediləcək.

"Məşhur brend mehmanxanaların Bakı şəhərində tikilməsinə şərait yaradılması Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məşhur brend mehmanxanaların, o cümlədən xarici investorlar tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə mehmanxana tikintisinin ölkə iqtisadiyyatına olan təsirləri nəzərə alınmaqla, məşhur brend mehmanxanaların ölkəyə cəlb edilməsi istiqamətində fəaliyyət planı hazırlanacaq. Bu tədbirlər nəticəsində mehmanxanalar arasında rəqabət arta və bu da öz növbəsində qiymətlərin azalmasına və xidmət səviyyəsinin artımına səbəb ola bilər". 

Son xəbərlər

Orphus sistemi