Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan rəhbərliyi Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən pavilyonunu bərpa etmək qərarına gəlib. "Report" İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Federasiya Şurasının sədrliyi ilə MDB İnteqrasiya Klubunun iclasında bildirib.
Səfir xatırladıb ki, bu yaxınlarda Moskva şəhərinin meri Sergey Sobyanin Bakıya səfər edib. Burada Azərbaycanın XTNS-də öz pavilyonunu bərpa edəcəyi haqqında qərar ən yüksək səviyyədə qəbul olunub.
Diplomat vurğulayıb ki, Azərbaycan pavilyonu iqtisadi və humanitar inteqrasiya üçün qeyri-siyasi platformaya çevriləcək.