Bu ilin yanvar-mart aylarında Azərbaycan mehmanxanalarında gecələmələrin sayı ötən ilin eyni dövri ilə müqayisədə 36,9 % azalaraq 299,5 min olub.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, gecələmələrin 48,5 %-i Bakıda, 11,2 %-i Qusarda, 10,6 %-i Qəbələdə, 5,4 %-i Qubada, hər birində 4,7 % olmaqla Lənkəran və Şabranda, 3,2 %-i Naftalanda, 2,2 %-i Mingəçevirdə, 2,1 %-i Şamaxıda, 0,7 %-i Gəncədə, hər birində 0,6 % olmaqla Masallı və Zaqatalada, 0,5 %-i Qaxda, 5 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə azalaraq 53,3 min olub ki, bu da ümumi gecələmələrin 17,8 %-ni təşkil edir. Gecələmələrin 13,3 %-i Türkiyə, 13,2 %-i Böyük Britaniya, 11,4 %-i Rusiya, 5,6 %-i Almaniya, 4,6 %-i İtaliya, 3,2 %-i ABŞ, 2 %-i Ukrayna, 2 %-i Niderland, 1,9 %-i Belarus, 1,9 %-i İsrail, 1,4 %-i Norveç, 1,2 %-i Qazaxıstan, 1%-i Hindistan, 1%-i Polşa, 36,3 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb. 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına qədər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədi ilə səfər edib.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,1 %-i Bakıda, 12,8 %-i Qusarda, 2,8 %-i Qəbələdə, 1,9 %-i Mingəçevirdə, 1,3 %-i Şabranda, 0,9 %-i Naftalanda, 0,6 %-i Qubada, 0,6 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Ölkə vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 54,2 % artaraq 246,2 min olub.
Bu ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 43,1 % azalaraq 34,1 milyon manat olub ki, onun da 58,4 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,7 %-i ictimai iaşə xidmətlərindən, 2,6 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,3 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,8 % səviyyəsində olub (2020-ci ilin yanvar-mart aylarında 12,2 %). Bu göstərici Şabranda 45,1 %, Beyləqanda 21,1 %, Qusarda 19,4 %, Naftalanda 16,8 %, Qəbələdə 14,8 %, Lənkəranda 14,7 %, Qubada 13,8 %, Şəmkirdə 11,0 %, Mingəçevirdə 10,6 %, Bərdədə 10,3 %, Şamaxıda 9,8 %, Bakıda 9,6 %, Ağcabədidə 9,0 %, Cəlilabadda 8,3 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.