Azərbaycan Konqreslər Bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan Konqreslər Bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq müzakirə edilib Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Konqreslər Bürosu (AzKB) ilə turizm agentlikləri (DMC) arasında əməkdaşlığa həsr edilmiş görüş keçirilib.
Turizm
13 Aprel , 2018 14:01
Azərbaycan Konqreslər Bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq müzakirə edilib

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Konqreslər Bürosu (AzKB) ilə turizm agentlikləri (DMC) arasında əməkdaşlığa həsr edilmiş görüş keçirilib.

Bürodan "Report"a verilən məlumata görə, müxtəlif təşkilatlardan 70-dək nümayəndənin iştirak etdiyi tədbir zamanı Azərbaycan Konqreslər Bürosuna üzv olmağın üstünlükləri müzakirə edilib. 

Qeyd olunub ki, büroya üzv olan təşkilatlar Bakı Şopinq Festivalı, MICE - Toplantı, Təşviqat, Konfrans və Sərgi tədbirləri zamanı xüsusi üstünlüyə malik olublar.

Tədbir zamanı həmçinin, planlaşdırılan sərgilər, may ayına nəzərdə tutulan, AzKB tərəfindən 10 şəhərdən cəlb ediləcək əsas MICE şirkətlərinin tanışlıq səfərinin təşkil olunması, bu il mayın 1-dən 31-dək təşkil ediləcək Bakı Şopinq Festivalı haqda geniş məlumat verilib və bu tədbirlər zamanı qarşılıqlı əməkdaşlıq müzakirə edilib. Tədbirdə Azərbaycan Konqreslər Bürosu üzvlərinin hansı üstünlüklərə malik olması, DMC tədbirlərində iştirak meyarları, eləcə də AzKB-nin bu il üçün əsas satış və marketinq yanaşmaları barədə geniş məlumat verilib.

AzKB-nin Turizm şöbəsinin nümayəndəsi 1-31 may tarixlərinə planlaşdırılan Bakı Şopinq Festivalı barəsində məlumat verərək qeyd edib ki, turistlərin həvəsləndirilməsi üçün xüsusi olaraq may ayında Bakı istiqamətinə hazırlanmış səfər paketləri çox sərfəlidir. Təklif edildi ki, DMC şirkətləri bu turist paketlərindən faydalanaraq öz müştərilərinə satışları təşkil etsinlər.

Təqdim edilən məlumatları böyük maraqla izləyən tədbir iştirakçılarını maraqlandıran müxtəlif suallara görüşün sonunda cavab verilib. Tədbir iştirakçıları “Azerbaijan meeting planers guide” kitabçasının təqdimatına da baxdılar. Kitabça ilə büronun saytındakı http://azcb.com/azerbaijan-meeting-planner-s-guide keçidi vasitəsi ilə tanış ola bilərsiniz.  

Son xəbərlər

Orphus sistemi