Azərbaycan İranda keçiriləcək turizm sərgisində iştirak edəcək

Azərbaycan İranda keçiriləcək turizm sərgisində iştirak edəcək 9-cu Beynəlxalq Turizm Sərgisi fevralın 16-19-da Tehranda keçiriləcək
Turizm
110
15 Fevral , 2016 09:40
Azərbaycan İranda keçiriləcək turizm sərgisində iştirak edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan İranın paytaxtı Tehranda keçiriləcək 9-cu Beynəlxalq Turizm Sərgisində iştirak edəcək.

"Report" ETN-ə istinadən xəbər verir ki, sərgi fevralın 16-19-da baş tutacaq.

Sərgidə Azərbaycan da daxil olmaqla ümumilikdə 16 ölkənin, o cümlədən Türkiyə, İspaniya, Vyetnam, Fransa və başqaları iştirak edəcək.

Sərgidə ümumilikdə 414 turizm şirkəti təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi