Azərbaycanın hotel və restoranları dövlətdən dəstək istəyir

Azərbaycanın hotel və restoranları dövlətdən dəstək istəyir “Koronavirus infeksiyasının yayılması Azərbaycanın turizm və ictimai iaşə sektorlarına zərbə vurub”.
Turizm
19 Mart , 2020 15:07
Azərbaycanın hotel və restoranları dövlətdən dəstək istəyir

“Koronavirus infeksiyasının yayılması Azərbaycanın turizm və ictimai iaşə sektorlarına zərbə vurub”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, bir tərəfdən mövcud vəziyyət hotellərdəki nömrələri boş qoyub, digər tərəfdən isə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə koronavirus epidemiyasının yayılmaması istiqamətində gördüyü tədbirlər çərçivəsində restoranların iş vaxtı saat 21:00-a qədər müəyyən edilib. 

"Koronavirusdan xüsusilə kiçik və orta biznes əziyyət çəkir. Bakıda 50-yə yaxın hotel işçilərini evə göndərməyə məcbur olub. Çünki sahibkarlar vəziyyətdən çıxa bilmirlər. Əgər ölkədə hər hansı məhdudiyyət tətbiq edilirsə və bunun nəticəsində biznesə ziyan dəyirsə, onun dövlət tərəfindən hansısa formada qarşılanması müzakirə edilməlidir", - o qeyd edib. 

Xatırladaq ki, martın 14-dən Azərbaycanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşki edilməsi qadağan edilib, saat 21:00-dan sonra fəaliyyət göstərən klubların və barların fəaliyyəti dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi