Gürcüstanın Batumi şəhərində sentyabrın 20-21-də III Beynəlxalq Kənd Turizmi Konfransı keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamenti məlumat yayıb.
Beynəlxalq tədbirin əsas mövzusu “Kənd həyatı turizm məhsulu kimi” olacaq.
Konfransda Avropa Kənd Turizmi Assosiasiyasının prezidenti Kimmo Aalto, Gürcüstan, Azərbaycan, Almaniya, Belçika və Ukraynadan olan nümayəndələr iştirak edəcəklər.
Tədbirdə kənd turizminin əsas komponentləri, özəl sektor və qrantların bu sahənin inkişafındakı rolu və digər mövzular ətrafında təqdimatlar və müzakirələr təşkil olunacaq.
Azərbaycanı konfransda Kənd Yaşıl Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Qəhrəman Yusupov və “Şəfəq” Ekoturizm İctimai Birliyinin nümayəndəsi Nigar Yusupova təmsil edəcəklər. Onlar Azərbaycanda kənd turizminin inkişafı potensialı, bu sahədə gənclərin və qeyri-hökumət təşkilatlarının rolu barədə təqdimatlarla çıxış edəcəklər.
Tədbirə ailə tipli otel sahibləri, ekspertlər, turizm agentlikləri və