Azərbaycan Cənub-Şərqi Asiya ölkələrindən turist axınına hazırlaşır

Azərbaycan Cənub-Şərqi Asiya ölkələrindən turist axınına hazırlaşır Azərbaycan tezliklə Cənub-Şərqi Asiya ölkələrindən turistlərin ölkəyə gəlməsini təmin edəcək.
Turizm
7 Dekabr , 2022 10:39
Azərbaycan Cənub-Şərqi Asiya ölkələrindən turist axınına hazırlaşır
Florian Zenqstşmid

Azərbaycan tezliklə Cənub-Şərqi Asiya ölkələrindən turistlərin ölkəyə gəlməsini təmin edəcək.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

"Bu regiondan olan insanlar turizm sahəsində daha aktivdirlər və bu istiqamətdə iş aparılır. Həmçinin ötən həftə bizim nümayəndə heyəti Yaponiyada oldu. Biz bu istiqamətdə işləri davam etdiririk. Bu il agentliyin dəstəyi ilə Səudiyyə Ərəbistanı ilə 6 müxtəlif səviyyəli uçuşlar həyata keçirmişik. Bu isə mövsümün aşağı dövründə turist cəlb etməyə imkan verib", - o deyib.

Son xəbərlər

Orphus sistemi