Azərbaycan Astanadakı "EXPO-2017" sərgisində iştirakını təsdiq edib

Azərbaycan Astanadakı "EXPO-2017" sərgisində iştirakını təsdiq edib "Azərbaycan öz iştirakını təsdiq edən ilk ölkələrdən biri olub"
Turizm
5 Dekabr , 2014 10:37
Azərbaycan Astanadakı EXPO-2017 sərgisində iştirakını təsdiq edib
Astana. 5 dekabr. REPORT.AZ/ "Azərbaycan Astanada keçiriləcək "EXPO-2017" beynəlxalq sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən biri olub". Bu barədə "Report"a xarici işlər nazirinin birinci müavini, "EXPO-2017" sərgisi üzrə komissar Rapil Joşıbayev bildirib. O qeyd edib ki, oktyabr ayında Azərbaycana səfər edib, burada Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. 

"Görüş zamanı  sərgidə iştirak etmək üçün rəsmi razılıq əldə etdik. Bundan başqa, biz enerji və elm sahələrində və  Azərbaycanın turistləri cəlb etməkdə böyük təcrübəsini nəzərə alaraq, turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - R.Joşıbayev bildirib. 

Xarici işlər nazirinin birinci müavini vurğulayıb ki, "EXPO-2017" sərgisi "Gələcəyin enerjisi" şüarı altında keçiriləcək. Onun sözlərinə görə, Sərgi dünya ictimaiyyətini narahat edən ən aktual məsələ - alternativ enerji mənbələri mövzusunu əks etdirəcək. 

Son xəbərlər

Orphus sistemi