AZAL yeni endirim aksiyası keçirir

AZAL yeni endirim aksiyası keçirir Uçuş tarixləri yanvarın 15-dən martın 15-nə kimidir
Turizm
15 Dekabr , 2016 10:59
AZAL yeni endirim aksiyası keçirir

Bakı. 15 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Yeni İl ərəfəsində endirim aksiyası keçirir.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən "Report"a bildirilib ki, Bakıdan/Bakıya - London, Milan, Berlin, Paris, Praqa, Tel-Əviv, Pekin, Dubay və Nyu-York istiqamətləri üzrə uçuşlara dekabrın 15-dən gələn il yanvarın 15-dək gediş-dönüş aviabileti alarkən 20%-dək endirim tətbiq olunacaq.

Uçuş tarixləri isə 2017-ci il yanvarın 15-dən martın 15-nə kimidir.

Son xəbərlər

Orphus sistemi