Azərbaycanda Beynəlxalq Müdafiə Sənayesi sərgisinin açılışı olub
Turizm
- 11 sentyabr, 2014
- 06:38
-
Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi (“ADEX 2014”) sərgisi keçirilir. Report-un xəbərinə görə, sərginin açılış mərasimində çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov qonaqlara sərgi haqqında məlumat verib. Y.Camalov bildirib ki, Azərbaycanda müdafiə sənayesi sürətlə inkişaf edir və artıq milli ordunun əsas tələbatlarını ödəyə bilir. Nazir ADEX sərgisinin şirkətlərə əmakdaşlığın möhkəmləndirilməsinə imkan yaradıcağına ümidvar olduğunu bildirib.
- “ADEX 2014” sərgisi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilir. Sərginin təşkilati tərəfdaşları “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.
- “ADEX 2014” sərgisində Bakı Ekspo Mərkəzinin üç pavilyonunu tam əhatə etməklə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Belə ki, sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənirlər. Sərginin platin sponsoru Niderland Krallığının “Damen Shipyards Group” gəmiqayırma şirkətidir.
- Ümumiyyətlə, sənaye müəssisələrinin əldə etdiyi ən yeni nailiyyətlərin nümayişi altı tematik istiqamət üzrə həyata keçiriləcək: quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları; aviasiya və aviasiya silahları; hava hücumundan müdafiə üzrə sistem və vasitələr; xüsusi təyinatlı vasitələr və əmlak; informasiya texnologiyaları, rabitə sistemləri/vasitələri; ordunun inzibati və texniki təminatı; kosmik texnologiyalar. Sərgi çərçivəsində sentyabrın 12-də “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusuna həsr edilmiş konfransda müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunacaq.
- Ümumilikdə isə konfransda 200-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturları və şirkət nümayəndələrinin iştirakı gözlənilir.
- Sərgi sentyabrın 13-dək davam edəcək.
Son xəbərlər
09:05
Tramp ABŞ-dəki aralıq seçkilərdə respublikaçıların çətinlik çəkəcəyini etiraf edib
Digər ölkələr09:03
Azərbaycan Premyer Liqası: XV turda daha iki görüş baş tutacaq
Futbol08:56
Tramp Tailand və Kambocanı yeni tariflərlə hədələyib
Digər ölkələr08:18
ABŞ Rod-Aylenddəki atışmanın beynəlxalq terrorizmlə əlaqəsi olub-olmadığından əmin deyil
Digər ölkələr07:49
Almaniyada təyyarə insanların olduğu küçəyə eniş edib, yaralılar var
Digər ölkələr07:08
Tiaqo Silva "PSJ"də Mbappe ilə Neymar arasındakı münaqişədən danışıb
Futbol06:50
Suriyada ABŞ hərbçilərinə hücumun təfərrüatları məlum olub
Digər ölkələr06:18
Yaponiya Qəzzanın koordinasiya mərkəzinə mülki ekspertlər göndərəcək
Digər ölkələr05:47