Bakı. 2 fevral. REPORT.AZ/ Polşanın Krakov şəhəri Avropanın qənaətli turizm üçün ən əlverişli şəhərlərinin reytinqində birinci yerdədir.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, Britaniyanın “Which?” istehlakçılar birliyinin öz saytının istifadəçiləri arasında keçirdiyi rəy sorğusu əsasında müəyyənləşib.
Bu zaman yaşayış şəraiti, mədəni abidələr, qida və içki, nəqliyyat, alış-veriş imkanları, ümumi qiymətlərin səviyyəsi kimi altı meyar əsas götürülüb.
Sorğuya əsasən, siyahıda digər yerləri ardıcıl olaraq Valensiya (İspaniya), Budapeşt (Macarıstan), Bolonya (İtaliya), Berlin (Almaniya), Sevilya (İspaniya), Barselona (İspaniya), Vyana (Avstriya), Funşal (Portuqaliya) və Amsterdam (Hollandiya) tutub.
Sorğu iştirakçıları Krakovudaha çox tarixi məkanlar baxımdan cəlbedici sayıblar.