Avropa aviaşirkəti "1 avroya uçuş" aksiyası keçirir

Avropa aviaşirkəti "1 avroya uçuş" aksiyası keçirir Lou-kost şirkət qeyri-adi endirim kampaniyasına başlayıb
Turizm
4 Fevral , 2016 17:18
Avropa aviaşirkəti 1 avroya uçuş aksiyası keçirir

Bakı. 4 fevral. REPORT.AZ/ İrlandiyanın "Ryanair" lou-kost aviaşirkəti qeyri-adi endirim kampaniyasına başlayıb. "Report"un şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropanın istənilən nöqtəsinə bir istiqamətdə 1 avroya uçmaq olar.

Bundan başqa, şirkət həyata keçirdiyi bütün istiqamətlər üzrə qiymətləri də ucuzlaşdırıb. 

Endirim kampaniyasının nə qədər davam edəcəyi məlum deyil. Lakin 1 avroya satılan biletlər ancaq fevral ayı üçün nəzərdə tutulub.

Endirim aksiyasına dünyanın bir çox marşrutları, habelə Baltikyanı ölkələr və Polşa (Kaunas, Varşava və s.) yer alıb. Lakin siyahıda Azərbaycan yoxdur.

Məsələn, promo-qiymətlər (bir tərəfə) Каunas-Коpenhagen, Varşava-Köln, Varşava-Brüssel, Tallin-Оslo, Brüssel-Piza, Paris-Мilan və s. marşrutlara aiddir. Bundan əlavə, aksiya Avropada daha 500 istiqaməti əhatə edir.

Son xəbərlər

Orphus sistemi