Astanada Türkdilli ölkələrdə turizmin inkişafı müzakirə olunub

Astanada Türkdilli ölkələrdə turizmin inkişafı müzakirə olunub Bakı. 7 avqust. REPORT.AZ/ Astanada dörd Türkdilli ölkənin (Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğız Respublikası) nümayəndələrinin iştirakı ilə turizm üzrə İşçi Qrupunun 13-cü iclası keçirilib.
Turizm
7 Avqust , 2018 11:46
Astanada Türkdilli ölkələrdə turizmin inkişafı müzakirə olunub
Anadolu

Bakı. 7 avqust. REPORT.AZ/ Astanada dörd Türkdilli ölkənin (Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğız Respublikası) nümayəndələrinin iştirakı ilə turizm üzrə İşçi Qrupunun 13-cü iclası keçirilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, iclas iştirakçıları "Müasir İpək Yolu" adlı vahid məhsulun yaradılması və onun beynəlxalq turizm bazarına çıxarılması proqramını müzakirə edib, beynəlxalq aviadaşımaların qiymətləri nəzərə alınan proqramın təqdimatını keçiriblər.

Türk Şurasının baş katibinin müavini Ömər Kocaman bildirib ki, "Müasir İpək Yolu"nun türk dilində saytının yaradılması 80 milyon əhalisi olan Türkiyədən turisti cəlb etməyə kömək göstərir. Onun sözlərinə görə, məhsulun saytı həmçinin ingilis dilində fəaliyyət göstərir və tezliklə səhifənin fransız və ispan dili versiyaları da istifadəyə veriləcək.

Ö.Kocaman hazırda Türkiyədə turpaketinin intensiv reklam kampaniyasının aparıldığını söyləyib.

Son xəbərlər

Orphus sistemi