Apreldə Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçiriləcək

Apreldə Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçiriləcək Bakı. 22 fevral. REPORT.AZ/ Bu il aprelin 5-7-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi - “AITF 2018” işə başlayacaq.
Turizm
22 Fevral , 2018 10:44
Apreldə Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçiriləcək

Bakı. 22 fevral. REPORT.AZ/ Bu il aprelin 5-7-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi - “AITF 2018” işə başlayacaq.

“Report”un verdiyi xəbərə görə, bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. 

İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, Indoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər olacaq. 

Sərgidə “Tibbi və Sağlamlıq Turizmi” sektoru geniş təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksək ixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır.

Bu il də Azərbaycanın turizm şirkətləri ölkənin turizm potensialını sərgidə nümayiş etdirəcəklər. Ənənəvi olaraq, Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Turizm Assosiasiyası (AzTA) ayrıca stendlə təmsil olunacaqlar. Sərgi çərçivəsində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparmaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək.

Bakıda “AITF-2018” ilə birlikdə 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi - “Horex Caucasus 2018” keçiriləcək. Bu, regionda otel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

Qeyd edək ki, “AITF-2018” sərgisi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. Sərginin ənənəvi iştirakçısı - Azərbaycan Turizm Assosiasiyası (AzTA) da sərgiyə yaxından dəstək verir. “AITF-2018” sərgisini həm də BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar da dəstəkləyir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. 

Son xəbərlər

Orphus sistemi