ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədə ekoturizmin inkişafına dəstək vermək istəyir

ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədə ekoturizmin inkişafına dəstək vermək istəyir Bakı. 3 aprel. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi Şərqi Karolina Universitetinin eko-turizm üzrə eksperti professor Paige Vireni ölkənin ekoturizm sektorunu inkişaf etdirmək üçün Azərbaycana gətirib.
Turizm
3 Aprel , 2018 15:52
ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədə ekoturizmin inkişafına dəstək vermək istəyir

Bakı. 3 aprel. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi Şərqi Karolina Universitetinin eko-turizm üzrə eksperti professor Paige Vireni ölkənin ekoturizm sektorunu inkişaf etdirmək üçün Azərbaycana gətirib.

Səfirlikdən "Report"a verilən məlumata görə, aprelin 8-nə qədər davam edəcək səfəri zamanı o, ABŞ-ın çox milyard dollarlıq ekoturizm sektoru ilə bağlı öz təcrübələrini və biliklərini bölüşmək üçün yerli biznes, dövlət rəsmiləri, tələbə qrupları və turizm idarəçiləri ilə görüşəcək.

"Xanım Virenin səfəri Azərbaycanın ekoloji baxımdan göstərdiyi səyləri və ekoturizm üzrə ilkin addımlarını dəstəkləyəcək. Azərbaycanda eko-turizm böyük potensiala malikdir, bu, iqtisadi diversifikasiyanın əsas hissəsi olmaqla regionların yerli əhalisinin, eləcə də təhsilli gənc azərbaycanlıların Azərbaycan iqtisadiyyatına töhfə verməsinə imkan yaradır. Bundan əlavə, eko-turizm ətraf mühitin qorunması, çirklənmənin azaldılmasını və dünyanın təbii ehtiyyatlarının məsuliyyətlə idarə edilməsini təşviq edir.

Xanım Viren özünün 12 ildən çox olan turizm sənayesi üzrə təcrübəsini özü ilə gətirir. Onun təcrübə sahəsi istehlakçı davranışı və turizmdir və burada əsas diqqət əyalətlərdə davamlı cəmiyyətə əsaslanan turizm və macəra səyahətinə yönəldilir", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi