​Yaradıcılıq Fondu yazar və KİV nümayəndələrinin Oğuz və Qəbələyə ekskursiyasını təşkil edib

​Yaradıcılıq Fondu yazar və KİV nümayəndələrinin Oğuz və Qəbələyə ekskursiyasını təşkil edib Səfər çərçivəsində Qafqaz Albaniyası məbədləri ziyarət olunub
Turizm
13 Sentyabr , 2015 00:39
​Yaradıcılıq Fondu yazar və KİV nümayəndələrinin Oğuz və Qəbələyə ekskursiyasını təşkil edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yaradıcılıq Fondunun (AYF) birgə həyata keçirdiyi “Qafqaz Albaniyasına səyahət” layihəsi çərçivəsində Prezident Yanında Bilik Fondu (PYBF) və Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı ilə gənc yazarların və media nümayəndələrinin Oğuz-Qəbələ rayonlarına ekskursiyası təşkil olunub.

Fonddan "Report"a verilən məlumata görə, ekskursiya çərçivəsində PYBF-nin Oğuz rayonu üzrə Bilik evinə, Qafqaz Albaniyası məbədləri- Müqəddəs Yelisey Bazilikasına, Kərimli kənd kurqanlarına, Calut kəndinə, Qəbələ rayon Nic kəndindəki sinaqoqa səfər edilib.

Səfər zamanı Oğuz rayon Bilik evində layihə iştirakçılarının görüşü keçirilib. Tədbirdə çıxış edən Bilik Fondunun Oğuz rayon nümayəndəsi Anar Məcidov, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov və fondun bölgə üzrə nümayəndəsi Cəlil Cavanşir Bilik evinin fəaliyyəti, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələri haqqında məlumat verib.

Qeyd olunub ki, Bilik evində gənclərin maarifləndirilməsi, Azərbaycanda mövcud olan multikultural dəyərlərin təbliği, müxtəlif peşə sahələrini təmsil edən gənclərin ixtisaslarının inkişafı, bədii yaradıcılıq imkanlarının genişləndirilməsi üzrə təlimlər həyata keçiriləcək.

Bilik evində Bilik Fondunun dəstəyi ilə oxucu klubu, kitabxana, konfans zalı, tədris otağı, kino zalı fəaliyyət göstərir.

Tədbirdə tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva, Udi icmasının sədri Robert Mobili çıxış edərək millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın bölgədə mövcud olan milli azlıqların birgə yaşayış mədəniyyəti, multikultural ab-hava haqqında düşüncələri və görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində müxtəlif bölgələrə mütəmadi səfərlər təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi