Yuxarı

​Yanvar ayında Naxçıvana 15 mindən çox turist gəlib

MR-sə Duzdağ Fizioterapiya Mərkəzinin hoteli də daxil olmaqla 5 mehmanxana fəaliyyət göstərir

Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasına 15 min 231 nəfər turist gəlib.

"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2015-ci ilin müvafiq dövründəki göstəricidən 3,2 faiz çoxdur.

Qeyd edək ki, muxtar respublikada "Duzdağ Fizioterapiya Mərkəzinin" hoteli də daxil olmaqla 5 mehmanxana fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi