Yuxarı

​Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında qərar qəbul olunub

Qərar prezidentin fərmanı nəzərə alınaraq qəbul olunub

Bakı. 11 avqust. REPORT.AZ/ Nazirlər Kabineti Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, qərar Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar, Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz turizm və rekreasiya zonası, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılsın və həmin turizm və rekreasiya zonalarının hüdudları təsdiq edilsin (xəritələr əlavə olunur).

2. Mədəniyyət və Turizm Nazirliyi müvafiq yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi