Xəzərin regionda ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcək

Xəzərin regionda ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcək Dənizdə kruiz turlarının təşkilində Bakının mühüm rol oynaması qarşıya məqsəd kimi qoyulacaq
Turizm
17 Dekabr , 2016 17:13
Xəzərin regionda ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Xəzər dənizi ölkənin turizm sektoruna təkan vermək potensialına malikdir. Bu istiqamətdə turistlər üçün cəlbediciliyi artırmaq məqsədilə çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi bayraq nişanının verilməsi üzrə səylər genişləndirilərək, Xəzər dənizinin region daxilində ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcək.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.

Sənəddə bildirilib ki, buraya Xəzər dənizinin təmizlənməsi və yaxınlıqdakı obyektlər üçün tənzimlənən tullantı emalı qurğularının yaradılması daxildir: “Bundan əlavə, həm də qonşu ölkələrə gedən turistlər üçün müvəqqəti dayanacaq məkanı kimi bir günlük və ya daha uzunmüddətli səfərlərlə Xəzər dənizində kruiz turlarının təşkilində Bakının mühüm rol oynaması qarşıya məqsəd kimi qoyulacaq. Təbii gözəlliklər üçün ənənəvi turizm konsepsiyası, mədəni irs və yay istirahət guşələrindən əlavə, Azərbaycanın istirahət və idman turizmi sahəsində də tanınması üçün əməli addımlar atılacaq. Belə ki, genişmiqyaslı tədbirlərin keçirilməsi nəticəsində təşkilatlanma imkanlarının artırılması daha çox musiqi festivallarına, beynəlxalq mədəniyyət tədbirlərinə və idman yarışlarına ev sahibliyi etməyə imkan yaradacaq. Bu tədbirlərə gələn turistlərin yüksəkkeyfiyyətli əyləncə məkanlarına cəlb olunmasını təmin etmək məqsədilə ticarət mərkəzləri, restoranlar, əyləncə parkları və mərkəzləri kimi müxtəlif endirimli alternativlər təklif ediləcək". 

Son xəbərlər

Orphus sistemi