Yuxarı

Ümumdünya Turizm Təşkilatı "Böyük İpək Yolu" layihəsini inkişaf etdirmək üçün çağırış edib

Turizm Böyük İpək Yolunun keçdiyi inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar açır

Bakı. 5 yanvar. REPORT.AZ/ Ümumdünya Turizm Təşkilatı "Böyük İpək Yolu" layihəsini inkişaf etdirmək üçün çağırış edib. "Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının yeni turizm marşrutlarına həsr olunmuş hesabatında deyilir.

"İpək Yolu" layihəsi bu əfsanəvi marşrutun o cümlədən onun Avropa hissəsinin diqqət çəkməsi üçün nəzərdə tutulub. Turizm "Böyük İpək Yolu"nun keçdiyi inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar açır", - hesabatda vurğulanır.

Qeyd edək ki, bu layihədə Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Türkmənistan, Ukrayna və Özbəkistan iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi