Yuxarı

​Ukrayna aviaşirkəti yeni endirim aksiyası keçirir

Kampaniya Vilnüs, Palanqa, Riqa və daha 40-dan artıq şəhərə uçuşları əhatə edir

Bakı. 8 iyun. REPORT.AZ/ “Ukrayna Beynəlxalq Hava Yolları” (UIA) QSC Baltikyanı ölkələrin bəzi şəhərlərinə Bakıdan və əks istiqamətə olan uçuşlarına 10%-lik endirim elan edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, kampaniya Vilnüs (Litva), Riqa (Latviya) və Palanqa (Litva) istiqamətində həyata keçirilən uçuşları əhatə edir.

Bundan əlavə, UIA həmin kampaniyanı adıçəkilən şəhərlərdən uçuş reallaşan 40-dan çox digər şəhərlərə də  şamil edib.

Kampaniyanın şərtlərinə görə, biletlər iyunun 30-a qədər alınmalı, uçuşlar isə iyulun 15-dək reallaşdırılmalıdır. Palanqaya uçuşlar isə iyunun 19-dan iyulun 15-dək həyata keçirilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi